Elistada təhsil mərkəzində baş verən partlayışda bir nəfər ölüb

Elistada təhsil mərkəzində baş verən partlayışda bir nəfər ölüb

Kalmıkiyanın paytaxtı Elistada şənbə günü axşam Alternativ təhsil mərkəzinin binasında partlayış olub, bir nəfər ölüb,.. yaralananlar da var.

SİA xəbər verir ki, bu barədə “Baza” məlumat yayıb.

Kalmıkiya hakimiyyəti partlayış və bir nəfərin ölüm faktını təsdiqləyib. Rəsmi məlumata görə, iki qurban var. Partlayışın baş verdiyi otaq çoxmərtəbəli yaşayış binasında yerləşir. Sakinlər məktəbdəki müvəqqəti yaşayış mərkəzinə təxliyə edilib.

“Baza” iddia edir ki, partlayışa təhsil mərkəzinə gələn və mərkəzin işçiləri ilə münaqişə edənlərdən biri səbəb olub.

Dəqiq nəyin partladığı hələ ki aydın deyil. “Baza”nın rəsmi saytında yer alan məlumata görə, “Alternativ” mərkəzi psixoloqlar hazırlayır, mübahisəli və konfliktli situasiyaların həlli yollarını öyrədir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə