Fransanın xarici işlər naziri Stefan Sejournet “Ouest France” qəzetinə verdiyi müsahibəsində, Avropa İttifaqını Rusiya təhlükəsinə görə müdafiəsini gücləndirməyə çağırıb.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, nazirlik rəhbəri Fransanın hərbi proqramları ikiqat maliyyələşdirmək qərarına da toxunub.
O vurğulayıb ki, bu, “Avropa Birliyi üçün mövcud problemdir” və avropalılar “təhlükəsizlik zəmanəti tapmalıdırlar”.
Qeyd edək ki, Qərb siyasətçiləri Rusiya ilə mümkün müharibə barədə xəbərdarlıq etməkdə davam edirlər.
NATO-nun baş katibi bildirib ki, alyans onilliklər ərzində bitməyəcək “qarşıdurmaya” hazırlaşmalıdır.
Bu arada Norveç və Danimarkanın müdafiə nazirləri də oxşar ritorika ilə çıxış ediblər.
Rusiyada demokratiyanın qalib gəlmə şansının olmadığını deyən Norveçli nazir, Qərb dünyasına bunu nəzərə almağı tövsiyə edib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB