Bu arada Rusiya Dövlət Dumasının deputatları yeni qanun layihəsi hazırlayırlar. Bu qanun layihəsi vətəndaşlara və şirkətlərə “xarici agentlər” adlanan reklamları qadağan edəcək.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə parlamentin aşağı palatasının rəhbəri Vyaçeslav Volodin bildirib. Onun sözlərinə görə, xarici agentlərin Rusiyada pul qazanmaq imkanlarının olması rusların hiddətinə səbəb olur.
…Deputatlar xarici agentlərin ölkəmizdəki bütün gəlir mənbələrindən məhrum edilməsini zəruri hesab edirlər. Qadağaları pozanlar üçün isə ciddi məsuliyyət tədbirləri görülməlidir.
Qeyd edək ki, Volodin bunu teleqramında yazıb.
Roskomnadzorun ilkin məlumatlarına görə, ötən il xarici agentlərin reklam büdcəsi 130 milyon rublu ötüb. Agentlik adlarını qeyd etmədən 15 xarici agentin kampaniyaları barədə məlumat verib. Reklam verənlər əsasən viza xidmətləri və əlavə təhsil verən şirkətlər olub.
Onu da qeyd edək ki, reklamları yerləşdirən şirkətlərin adları açıqlanmır.
…Və yeri gəlmişkən, yanvarın əvvəlinə Rusiya Ədliyyə Nazirliyinin reyestrinə 700-dən çox xarici agent - qeyri-kommersiya təşkilatları, KİV və fiziki şəxslər daxil edilib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB