Prokuror qadın üc azyaşlı oğlu və əri ilə birgə yanaraq ölüb…

…Fevralın 9-da axşam saatlarında Rusiyanın Xarkova endirdiyi zərbə nəticəsində Çuqev Rayon Prokurorluğunun Volçanski şöbəsinin prokuroru əri və üç uşağı ilə birlikdə həlak olublar.

SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri Xarkov Vilayət Prokurorluğu yayıb.

Deyilənlərə görə, Olqa Sergeevna Putyatina 2012-ci ilin iyun ayından Xarkov vilayətinin prokurorluğunda işləyirmiş. O, hazırda analıq məzuniyyətində imiş.

Rusların hücumu zamanı 35 yaşlı Olqa ilə birlikdəonun əri və üç oğlu - 7 yaşlı Aleksey, 4 yaşlı Mixail və 10 aylıq Pavel də ölüblər.

Qeyd edək ki, UNİAN-ın da yazdığı kimi, fevralın 10-na keçən gecə ruslar Xarkova növbəti zərbəni İran istehsalı olan “Şahed”lər vasitəsilə endiriblər.

Zərbədən genişmiqyaslı yanğın baş verib və yanğın yaşayış massivini bürüyüb.

Xarkov Polis İdarəsinin dünən səhər verdiyi məlumata görə, 15 fərdi yaşayış evi yanıb.

Və üçü uşaq olmaqla 7 nəfər ölüb. Prokuror ailəsindən başqa, yaşlı ər-arvad da dünyasını dəyişiblər. Daha üç nəfər isə yaralanıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə