Afinada Fələstinə dəstək aksiyası polislə qarşıdurmalara səbəb olub

Afinada Fələstinə dəstək aksiyası polislə qarşıdurmalara səbəb olub

Afinanın mərkəzində Fələstinə dəstək məqsədilə keçirilən kiçik mitinq etirazçılarla polis arasında toqquşmaya çevrilib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Newsbreak” portalı yazıb.

Yunanıstan Kommunist İnternasionalistləri Təşkilatı kimi həmkarlar ittifaqlarının və solçu partiyaların nümayəndələri anklav əhalisinin müdafiəsi üçün mitinqə toplaşıblar.

Etirazçılar “İsrail işğala son qoyana qədər ona qarşı sanksiyalar tətbiq edin və blokadaya salın” yazılmış pankart asıb və daha sonra McDonald's restoranının şüşə qapılarını sındırmağa başlayıblar.

Bir neçə nəfər restorana daxil olub, onların ardınca polis əməkdaşları etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə ediblər.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə