İrlandiya Rusiya diplomatlarına viza verilməsini dayandırıb

İrlandiya Rusiya diplomatlarına viza verilməsini dayandırıb

Keçən ildən bəri İrlandiya rus diplomatlarına viza verməkdən imtina edərək, Rusiyanın səfirlik işçilərini dəyişdirməsinə də mane olur.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Irish Times” yazıb.

Nəşr həmçinin yazır ki, İrlandiya təhlükəsizlik xidmətləri Rusiya səfirliyinin əməkdaşlarına nəzarət edir, çünki ölkə son illərdə onların casus ola biləcəyindən narahatdır.

Məqalədə bildirilir ki, 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan bu yana səfirlikdə akkreditə olunmuş diplomatların və inzibati işçilərin sayı 30-dan 14-ə endirilib. Onlardan 4-ü 2022-ci ilin martında İrlandiya hökuməti tərəfindən casusluqla məşğul olduqlarına dair şübhələrə görə ölkədən çıxarılıb.. Bundan əlavə, iki hərbi attaşe İrlandiyanı tərk edib.

Qeyd edək ki, Rusiya səfirliyinin sözçüsü “The Irish Times” qəzetinə səfirlik işçilərinin sayının azaldılmasını təsdiqləyib və İrlandiya Xarici İşlər Nazirliyini və onun “qəbuledilməz viza və akkreditasiya siyasətlərini” günahlandırıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə