Prezident Zurabişvilini sabun köpüyü ilə müqayisə ediblər

Prezident Zurabişvilini sabun köpüyü ilə müqayisə ediblər

Gürcüstan prezidenti Salome Zurabişvilinin bütün təşəbbüsləri oktyabrda keçiriləcək parlament seçkilərinə qədər vaxtı uzatmağa yönəlib, çünki ondan sonra onun taleyi möhürlənəcək.

SİA-nın əldə etdiyi məlumata görə, bu fikirləri “Qirçi”dən olan müxalifətçi deputat Yaqo Xviçia deyib.

Belə ki, o, Zurabişvilinin qərbyönlü müxalifətə müraciətinə münasibət bildirib.

Prezident yaratdığı “Avropa üçün Birlik Platforması” əsasında Avropaya inteqrasiya prosesinin intensivləşdirilməsini təklif edib.

...Hesab edirəm ki, prezident seçkilərə getmək üçün vaxtı yubatmaq istəyir ki, ona qarşı şikayətlər azalsın və müxalifətdə onu müxalifətçi kimi tərifləyən sadəlövhlər olsun. Biz seçkilərə çatacağıq və xanım Salome və onun prezidentliyi sabun köpüyü kimi yox olacaq.

Bunu deyən Xviçia, Zurabişvilinin də əvvəlki prezident Giorgi Marqvelaşvili kimi ölkənin tarixində heç bir iz buraxmayacağını deyib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə