Macarıstan prezidenti istefa verib

Macarıstan prezidenti Katalin Novak istefa verib. O, bu vəzifəni 10 mart 2022-ci ildən tuturdu.

Novak Macarıstan Dövlət Assambleyasının üzvləri tərəfindən seçilmişdi.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, onun istefasından əvvəl qalmaqal baş verib.

Xatırladaq ki, hələ 2023-cü ilin aprelində Papanın Budapeştə səfəri zamanı Novak təxminən iyirmi nəfəri əfv edən fərman imzalamışdı.

Və bu yaxınlarda məlum olub ki, onların arasında 2018-ci ildə müavini olduğu uşaq evlərindən birinin direktoru tərəfindən cinsi zorakılığın ört-basdır edilməsinə köməklik etdiyinə görə məhkum olunmuş şəxs də olub.

Direktorun özü 2004-2016-cı illər arasında ən azı 10 uşağa təcavüz etdiyi üçün 8 il müddətinə azadlıqdan məhrum edilibmiş.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə