Ukraynada döyüşən rusiyalının evi qəsdən yandırılıb..?

Ukraynada döyüşən rusiyalının evi qəsdən yandırılıb..?

…Yanvarın 15-də Moskva yaxınlığındakı İstrada xüsusi hərbi əməliyyat iştirakçısının evində yanğın baş verib. Yanğın zamanı hərbçinin həyat yoldaşı evdə olub.

SİA-nın əldə etdiyi məlumata görə, qadın yanan evin yataq otağının pəncərəsindən qaça bilib.

Ev tamamilə yanıb və qadının iki maşınına da xeyli ziyan dəyib.

Yanvarın 18-də Fövqəladə Hallar Nazirliyindən mütəxəssis rəyi daxil olub. Rəyə əsasən yanğına səbəb elə yanğın olub.

Yəni evi kimsə qəsdən yandırıb. Faktla bağlı cinayət işi açılıb. İstintaq zamanı iki nəfər dərhal saxlanılıb.

Yanğının əsas təşkilatçı isə qaçıb aradan çıxdığı üçün axtarışa verilib.

Hüquq-mühafizə orqanlarından TASS-a verilən məlumata görə, xüsusi hərbi əməliyyatın iştirakçısının həyat yoldaşı bundan əvvəl də hədələr alımış.

Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin tapşırığı ilə cinayət işi yaxın vaxtlarda əlavə araşdırmalar üçün Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsinə veriləcək.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə