Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnı istefasından məmnundur. Bu fikri ABŞ dövlət katibinin keçmiş müşaviri Lourens Uilkerson deyib.
Ehtiyatda olan polkovnik Judging Freedom YouTube kanalına müsahibəsində ukraynalı generalın belə reaksiya verməsinin səbəblərindən danışıb.
Onun sözlərinə görə, Zalujnı işdən çıxarılmasından narahat deyil, çünki o, Ukrayna Silahlı Qüvvələrinin məğlubiyyətinə görə məsuliyyət daşımayacaq.
Ekspert hesab edir ki, Zalujnı “hərəkətlərində çox ağıllıdır”. "İndi o, Ukrayna fiaskosu ilə bağlı deyil" deyən Uilkerson əlavə edib ki, Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı üçün yüksək siyasi reytinqə görə əlverişli vəziyyət yaranır.
SİA bir daha xatırladır ki, fevralın 8-də Ukrayna prezidenti Vladimir Zelenski Valeri Zalujnı Ukrayna Silahlı Qüvvələrinin baş komandanı vəzifəsindən azad edərək, onun yerinə general-polkovnik Aleksandr Sırskini təyin edib.
Və ertəsi gün Zalujnıya Ukrayna Qəhrəmanı adına layiq görülüb.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB