Kiyevin düşmənçilik hərəkətləri Rusiya tərəfindən cavabsız qalmayacaq.
SİA-nın əldə etdiyi məlumata görə, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib bunu.
Şərh idarənin rəsmi saytında dərc olunub.
Bundan əvvəl KİV-də Kiyev Şəhər Şurasının Rusiyanın Ukraynadakı diplomatik missiyasının binalar kompleksinin yerləşdiyi torpaq sahəsinin icarə müqaviləsinə xitam verilməsi barədə qərarı ilə bağlı yazılar dərc olunub.
Zaxarova qeyd edib ki, “diplomatiyada qarşılıqlılıq prinsipi var”. Bunun fonunda, o əlavə edib ki, paytaxtın Şəhər Əmlak Departamenti Ukraynanın Moskvadakı səfirliyinin yerləşdiyi yer üçün nəzərdə tutulmuş torpaq sahələrinin icarə müqavilələrinə xitam vermək qərarına gəlib.
Zaxarovanın sözlərinə görə, Vladimir Zelenskinin bu cür addımları Rusiya tərəfindən cavabsız qalmayacaq.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB