Rusiyada “Evə yol” aksiyasında bir neçə nəfər saxlanılıb

Rusiyada “Evə yol” aksiyasında bir neçə nəfər saxlanılıb

Moskva və Yekaterinburqda səfərbər edilmiş rus arvadlarının “Evə yol” hərəkatının mitinqlərində polis bir neçə nəfəri, o cümlədən jurnalistləri saxlayıb.

Moskvada, hadisə Naməlum Əsgər məzarı yanındakı Aleksandr bağında baş verib.

SİA-nın Sota teleqram kanalından aldığı məlumata görə, görə, polis üç jurnalisti saxlasa da, sonradan onlar sərbəst buraxılıb.

Qeyd edək ki, səfərbər olunanların həyat yoldaşları Naməlum Əsgər məzarına gül dəstələri qoyduqdan sonra prezidentliyə namizəd Vladislav Davankovun təşviqat qərargahına gedib, orada görüş təşkil etməyi xahiş ediblər.

Bundan sonra seçkilərdə kimi dəstəkləyəcəklərini və ərlərinin evə qayıtması məsələsini müzakirə ediblər.

Yeri gəlmişkən, Moskva prokurorluğu şənbə günü razılaşdırılmamış mitinqlərdə iştiraka görə məsuliyyət barədə xəbərdarlıq edib.

Rus saytlarının yazdığına görə, bu gün Yekaterinburqda Əfqanıstan və Çeçenistanda həlak olan əsgərlərin xatirəsinə ucaldılmış abidənin qarşısında abidə önünə gül dəstələri qoyarkən 5 fəal saxlanılıb. “Veçerniye Vedomosti” yazır ki, saxlanılanlar arasında səfərbər olunanların yaxınları olmayıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə