Ukraynada hava hücumundan müdafiə sistemləri üçün sursat çatmır..?

Ukraynada hava hücumundan müdafiə sistemləri üçün sursat çatmır..?

Ukrayna zenit-raket sistemləri üçün sursat çatışmazlığı yaşayır.

SİA xəbər verir ki, bu barədə URA.RU-ya hərbi politoloq, Daxili İşlər Nazirliyinin ehtiyatda olan polkovnik-leytenantı Oleq İvannikov məlumat verib.

Ekspertin fikrincə, Ukraynanın yalvarmaqda davam etdiyi hava hücumundan müdafiə sistemləri üçün sursat həddən artıq bahadır.

Ukrayalılar bu bahalı sursatları saxta hədəflərə xərcləyirlər. Bizimkilər Ukraynanın hava hücumundan müdafiəsini aldatmağı öyrəniblər. Ukrayna Silahlı Qüvvələri faktiki olaraq uçan boşluqları vururlar və bununla da Qərbin qiymətli raket əleyhinə raketlərini israf edirlər.

Rusiyalı İvannikov deyir bunu.

O, həmçinin Kiyevin digər sursatlarla əslində heç bir çətinliyi olmadığını deyir.

...Məsələ burasındadır ki, istənilən komandir həmişə silah və sursat üçün hesablamalar aparır və “çatışmazlıq” deyilən hal daha çox Kiyev rejiminin maliyyə hiylələri ilə bağlıdır.

Bunu da rusiyalı ekspert bildirir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə