Ruslar Antalyanı tərk etməyə başlayıblar...bahalıqdır

Ruslar Antalyanı tərk etməyə başlayıblar...bahalıqdır

Türkiyənin kurort şəhəri Antalyada mənzil qiymətlərinin qalxması, Rusiya və Ukraynadan olan mühacirlərin buradan axınına səbəb oldu.

SİA-nın “Post”dan əldə etdiyi məlumata görə, 2023-cü ildə bu bölgədə əcnəbi əhalinin sayı 40 min nəfər azalıb.

Nəşr yazır ki, Antalyada mənzil və kirayə qiymətlərinin artması ilə mübarizə aparmaq üçün Türkiyədə yaşamaq icazəsi olan əcnəbilərin üzünə on blok bağlanıb.

2023-cü ilin payızında Türkiyə hakimiyyəti yaşayış icazəsi almaq istəyənlər üçün daşınmaz əmlakın minimum qiymətini artırıb.

Belə ki, bu kateqoriyadan olan əcnəbilər üçün minimum mənzil dəyəri 50 min dollardan 200 min dollara yüksəlib. Həmçinin bildirilib ki, Türkiyə vətəndaşlıq almaq üçün daşınmaz əmlakın dəyəri limitini 400 dollardan 600 min dollara qaldırmağı planlaşdırır.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə