Rəcəb Tayyib Ərdoğan Zonquldakda çıxış edib

Rəcəb Tayyib Ərdoğan Zonquldakda çıxış edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qabardakı neft quyularındakı gündəlik hasilatın 35 min barreli keçdiyini və 2024-cü ilin sonuna qədər bunu 100 min barrelə çatdırmağı hədəflədiklərini bildirib.
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Prezident və Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sədri Rəcəb Tayyib Ərdoğan Zonquldakda keçirilən mitinqdə çıxış edib.
Rəcəb Tayyib Ərdoğan seysmik kəşfiyyat və qazma işlərinin davam etdiyini bildirib.
Enerji sahəsində tam müstəqilliyə nail olmağın ən mühüm hədəfləri olduğunu vurğulayan Ərdoğan deyib:“Türkiyənin enerji təhlükəsizliyini qətiyyət və cəsarətlə təmin edəcək addımlar atırıq”.
Şırnakın Qabar bölgəsində kəşf edilən neft yatağına toxunan Türkiyə Prezidenti Qabardakı neft quyularındakı gündəlik hasilatın 35 min barreli keçdiyini və 2024-cü ilin sonuna qədər bunu 100 min barrelə çatdırmağı hədəflədiklərini bildirib.
''Ümid edirik ki, neft, mədənçıxarma və təbii qaz baxımından qarşıdakı dövrdə xalqımıza yeni xoş xəbərlər verəcəyik'',-deyə Türkiye Prezidenti vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə