Çay ilə əlaqədar diqqət çəkən araşdırma edilib.
SİA xarici mətbuata istinadən xəbər verir ki, elm adamları çay asılılığından əldə edilən nəticələri araşdıraraq çay içməyin insan bədəninə faydalarına diqqət çəkiblər. Çindəki Sichuan Universitetində işləyən alimlər Çində yaşayan 7931 nəfər ilə İngiltərədə yaşayan 5998 nəfərin çay içmə vərdişlərini analiz edib. İnsanlara çay seçimləri, qara və yaşıl çay və hansı aralıqlarla içdikləri soruşulub.
Bu insanların qan təzyiqi, xolesterini araşdırılıb, günlük qara və yaşıl çay içənlərdə daha yavaş bioloji qocalma əlamətləri görülüb. Gündə üç fincan çay içənlərdə isə faydaların artdığı qeyd edilib.
"Lancet" adlı tibb jurnalında edilən araşdırmada gündə 3 fincan çay və ya 6-7 qram çay yarpağı istifadə etmənin əhəmiyyətli təsiri olduğu ortaya çıxıb.
Londonda qida sahəsində araşdırmaçı olan Alex Ruani digər alimləri dəstəklədiyini deyib. Nəticələri The Times qəzetində yerləşdirən Ruani deyib ki, bu sağlam bitki birləşmələri qan axışını, xolesterini, qan şəkərini sağaltmaq kimi xəstəliklərlərdə işə yarayır: "Eyni zamanda hüceyrələrimizi yaşlanmağa aparan zədələrdən qorumağa da kömək edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB