Nəvəsini xilas etmək üçün tramvayın altında əzildi

Nəvəsini xilas etmək üçün tramvayın altında əzildi

Türkiyədə Bahariyyə küçəsində 4 yaşındakı nəvəsi ilə gəzən 64 yaşındakı İlgün Kölege bir anda tramvay yoluna qaçan nəvəsi Adəmi itələyərək son anda tramvayın altında qalmaqdan xilas etdi.

SİA xarici mətbuata istinadən xəbər verir ki, nəvəsini xilas edən qadın tramvayın altında qalıb. Hadisə yerinə çox sayda yanğınsöndürən, polis və tibb işçiləri göndərilib. Tramvayın altından çıxarılan qadın ambulansla xəstəxanaya aparılıb. Bütün müdaxilələrə baxmayaraq 64 yaşındakı Kölege həyatını itirib. Nəvəsi isə yüngül yaralanıb.

Kadıköy rayon polis şöbəsi tramvay sürücüsünü təqsirli öldürmə cinayətindən saxlayıb.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə