Silahla vurdu, xəstəxanaya qoyub qaçdı

Silahla vurdu, xəstəxanaya qoyub qaçdı

Malatyanın Yaşılyurd rayonunda iki dost arasında qız məsələsi səbəbindən silahlı atışma çıxıb.

SİA xarici mətbuata istinadən xəbər verir ki, hadisə Türkiyə saatı ilə 20:30 radələrində Yaşılyurd rayonu Cemal Gürsel məhəlləsində yaşanıb.

Mübahisənin silahlı atışmaya çevrildiyi hadisədə dostlardan biri digərinə atəş açıb. Güllə dəyən gənc boğazından yaralanıb. Dostunun qanlar içində yerə yıxıldığını görən M.E onu maşınla Malatya Təhsil və Araşdırma xəstəxanasına apararaq gözdən itib.

Yaralanan gəncin vəziyyəti ciddiyətini qoruyur. Qaçan şəxsin tutulması üçün axtarış başladılıb.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə