...Deməli, ötən cümə axşamı Kiyevdəki otellərdən birində yüksək rütbəli alman generalları görüntülənib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri Almaniyanın BILD nəşri yayıb.
Qeyd edək ki, nəşrin sorğusuna cavab olaraq, Almaniya Müdafiə Nazirliyi bunların general-mayor Kristian Freydinq və Bundesverin baş müfəttişi Karsten Breuer olduğunu bildirib.
Onu da qeyd edək ki, onlardan birincisi Almaniya Müdafiə Nazirliyi yanında Ukraynaya yardımın əlaqələndirilməsi üzrə işçi qrupuna rəhbərlik edir.
İkincisi isə Almaniyanın əsas hərbi rəhbərlərindən biri və müdafiə nazirinin etibarlı adamıdır.
Onlar Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnının dəvəti ilə gizli şəkildə Kiyevə gəlibmişlər. Lakin cümə axşamı günorta Vladimir Zelenski onu işdən çıxarıb.
Maraqlıdır ki, Almaniya Müdafiə Nazirliyi səfərin məqsədinin mövcud müdafiə ehtiyacları və gələcək hərbi çağırışlar haqqında əlavə məlumat mübadiləsi aparmaq” olduğunu bildirib.
BILD-in köşə yazarı Hagen Meirin yazdığına görə, səfər Berlin və Kiyev arasında hərbi əməkdaşlıq üzrə danışıqları sürətləndirə bilər.
Yeri gəlmişkən, ötən gün WELT am SONNTAG qəzeti Alman ordusunun beş il ərzində müharibəyə hazır olması lazım olduğunu söyləyən Breuerlə müsahibə dərc edib.
Breuer Rusiya ilə NATO arasında mümkün münaqişə barədə danışarkən bunun üçün ilk növbədə belə bir niyyət lazım olduğunu bildirib.
…Mən Putinin dediklərinə və yazdıqlarına, eləcə də Ukraynadakı hərəkətlərinə baxanda bunu görürəm. Dövlət Dumasının qərarı ilə Rusiyanın müharibə iqtisadiyyatına keçdiyini gördük. Beləliklə, onların potensialı indi artır.
Bunu almaniyalı hərbçi etiraf edib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB