Zəlzələdən zərər çəkən uşaqlara təhsildə təqaüd imkanı

Zəlzələdən zərər çəkən uşaqlara təhsildə təqaüd imkanı

Türkiyədə 6 fevral 2023-cü il tarixində meydana gələn zəlzələdə minlərlə insanın həyatını itirdiyi Adıyamanda çoxlu sayda uşaq yetim qalıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, hər iki valideynini itirən uşaqlar dövlət qorumasına alınaraq "Sevgi evləri"nə yerləşdirilərkən valideynlərindən biri sağ qalan uşaqlar həyata tutunmağa çalışırlar.

Adıyaman bələdiyyəsi bu uşaqlar üçün önəmli layihə həyata keçirib. İyun ayından etibarən tətbiq olunan layihədə uşaqlar məsul şəxslər tərəfindən ziyarət edilib. Onların etiyac və problemləri üçün həll yolları axtarılıb. Adıyaman bələdiyyəsi vitse-prezidenti Ramazan Oruc deyib ki, valideynlərini itirmiş qəyyumlarının yanında qalan uşaqlar daha həssasdırlar: "Bu uşaqlara və onlara baxan ailələrə Ailə və Sosial Xidmətlər Nazirliyi ilə birlikdə psixoloji dəstək də verilir. Bu təqaüd layihəsi uşaqların universitet də daxil olmaqla bütün təhsil həyatlarını qarantiya altına alacaq. Bu layihə üçün 2 mülki icma təşkilatı ilə protokol imzaladıq. Uşaqlarımız universiteti bitirənə kimi təqaüd alacaqlar ".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə