Türkiyəli həkim prof.dr.Kayıhan Uluç son vaxtlarda vətəndaşların bəzi botoks proseslərində "gözə sızma" halları yaşandığını bildirib.

SİA xarici mətbuata istinadən xəbər verir ki, dr. Uluç deyib: "Botoks edilən əzələdə gücsüzlüyə səbəb olmaqla yanaşı yanlış nahiyəyə tətbiq olunması, yanlış doza, botoksun fərqli əzələlərə yayılması və ya saxta məhsul yan təsirlərə səbəb ola bilər. Əsas da üst üz bölgəsinə botoks olunduqda nadir də olsa, göz qapağında düşüklük, bulanıq görmə yaşana bilər.
Qalıcı problem yarada bilər:
Türkiyədə Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş üç botoks markası (Allergan Botox, Dysport, Nabota) var. İran botoksu daxil olmaqla digər məhsulların Türkiyədə istifadə icazəsi yoxdur və rəsmi yollarla Türkiyəyə gətirilmir. Türkiyədə çoxlu sayda saxta botoks mövcuddur. Saxta və ya təstiq edilməmiş məhsul gözlənilməyən yan təsirlərə, allergik reaksiyalara, qalıcı problemlərə səbəb ola bilər.
Sağlamlığa təsir edir:
"Botoksun düzgün insana tətbiq olunmasının şərt olduğunu ifadə edən prof.dr. Kayıhan Uluç deyib ki, bu proses tibbidir və dərmanın dozasını, hansı bölgəyə ediləcəyini, yan təsirlərini bilən həkimlər etməlidir. Qəribə şəkildə bu prosesin qadın salonlarında, tatu, estetik mərkəzlərində edildiyini eşidirik. Mövzu haqqında məlumatı olmayan insanların tətbiq etdiyi proses sonrası botulizm(nəfəs darlığı yaradan bir toksinin yaratdığı xəstəlikdir) halları müşahidə olunur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB