Sərhəddin delimitasiyası üzrə komissiyalarının yaxın vaxtlarda görüşü keçiriləcək
Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyalarının yaxın vaxtlarda növbəti görüşü təşkil ediləcək. SİA xəbər verir ki, bu barədə Ermənistan hökumətinin baş nazirinin müavini Mger Qriqoryan “News.am”a açıqlamasında deyib.
O bildirib ki, komissiyaların yanvarın 31-də keçirilən iclasında cari məsələlər müzakirə olunub: “Növbəti görüşlə bağlı hələlik razılaşmamız yoxdur, amma düşünürəm ki, yaxın vaxtlarda onu təşkil edəcəyik”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB