Rusiyanın hücumu Ukraynada panikaya səbəb olub..?

Rusiyanın hücumu səbəbindən Ukrayna Silahlı Qüvvələrinin bütün cəbhə xəttində kritik vəziyyət yaranıb, SİA xəbər verir ki, RİA Novosti bunu Ukrayna Müdafiə Nazirliyinin nümayəndəsi Yuri Butusova istinadən bildirir.

…Cəbhə çatlayır, bəzi ərazilərdə biz görürük ki, qoşunlarımız artıq geri çəkilmək məcburiyyətindədir.

Rusların iddiasına görə bunu Butusov bildirib. Onun sözlərinə görə, Rusiya bütün döyüş təmas xətti boyunca texnika və şəxsi heyətin sayında böyük üstünlüyə malikdir. Rus qoşunları demək olar ki, bütün sektorlarda hücuma keçib.

Butusov hesab edir ki, Kiyev səfərbərliyin uğursuzluğuna görə Ukrayna ordusunu nəinki əlavə qüvvəsiz tərk edib, həm də ölkədə hərbi istehsalı təşkil edə bilməyib. Rus saytlarının yazdığına görə, keçmiş müşavir cəbhədəki problemlərin çox böyük olduğunu bildirib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə