Bu ilin yanvar ayında Özbəkistanda 995 halda istehlakçılar elektrik enerjisi və qazdan qeyri-qanuni istifadə ediblər.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə “Uzenerqoinspektsiya”nın mətbuat xidməti məlumat yayıb.
İdarədən verilən məlumata görə, ötən ay ərzində 20 milyon 486 min kilovatsaat elektrik enerjisi və 47 milyon 387 min kubmetr təbii qaz oğurlanıb.
Nəticədə dövlətə 94 milyard 542 milyon sum (7,666 milyon dollar) ziyan dəyib.
“Uzenerqoinspektsiya” əlavə edib ki, Özbəkistanın bütün regionlarında onun əməkdaşları tərəfindən 24 969 qabaqlayıcı tədbir keçirilib, nəticədə enerji resurslarından istifadə qaydalarının pozulmasına görə 937 inzibati iş qeydə alınıb.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB