"Bu, Ukrayna ilə bağlı cinayət səhlənkarlığıdır..."

Bu arada Amerika prezidenti Cozef Bayden Konqresi Ukraynanın maliyyələşdirilməsini təsdiqləməyə çağırıb və bunun edilməməsini Kiyevə münasibətdə cinayət səhlənkarlığı hesab etdiyini bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə RİA Novosti yazır.

Bayden Almaniya kansleri Olaf Şolzla görüşündə Birliyin Vəziyyəti ilə bağlı müraciətindən danışıb.

…Bu baş verərsə, Konqresin Ukraynanı dəstəkləməməsi cinayət səhlənkarlığına bənzəyir –deyə , o vurğulayıb.

Bayden Kiyevin maliyyələşdirilməməsini həddindən artıq hədsiz adlandırıb.

Şolz isə ABŞ-ın köməyi olmayacağı təqdirdə Ukraynadakı vəziyyətin çox çətinləşəcəyini bildirib. O əlavə edib ki, Ukraynanın kapitulyasiyasını Moskva ilə Kiyev arasındakı münaqişənin mümkün nəticələrindən biri kimi görmür.

Xatırladaq ki, fevralın 7-də Ukraynaya 60 milyard dolların ayrılması ilə bağlı qanun layihəsi Senatda səsvermədən hələ ki, keçməyib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə