2,5 milyon belarusun Başqırdıstana köçürülməsi təklif edilir..?

…Bu arada Başqırdıstanın Baş naziri Andrey Nazarov Belarusun Baş naziri Roman Qolovçenkonun da iştirak etdiyi “Belarus-Başqırdıstan” biznes forumunun plenar iclasında gözlənilməz təkliflə çıxış edib.

Andrey Nazarovun sözlərinə görə, Rusiyanın bu bölgəsi burada ailə qurmağa hazır olan bütün belarusları məmnuniyyətlə qəbul edəcək.

…Hər kəs üçün kifayət qədər yer var. Biz dostluq və harmoniya şəraitində yaşayacağıq.

SİA-nın Belarus saytlarından əldə etdiyi məlumata görə, bunu Nazarov bildirib.

Qeyd edək ki, Başqırdıstan baş nazirinin təklif etdiyi miqyas da təsiredicidir.

…Sizin üçün 2,5 milyon yer ayrılıb. İstəyirsən, gəl burada dünyaya gətir, istəyirsənsə, uşaqlarını göndər…

Xatırladaq ki, hazırda Başqırdıstanda 4,1 milyona yaxın insan yaşayır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə