Putin Ukraynaya müdaxiləsinin əsl səbəbləri barədə danışıb…

Müsahibə rus liderinin başında nə olduğunu üzə çıxarıb..?

....Rusiya liderı Vladimir Putisn faktiki olaraq, Ukraynaya qarşı başlayan müharibəni Rusiyanın özünü qorumaq üçün deyil, ərazi işğalları ilə bağlı olduğunu etiraf edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu qənaətə Bloomberg-in köşə yazarı Mark Çempion Putinin amerikalı jurnalist Taker Karlsonla müsahibəsinə diqqət çəkərkən gəlib.

Köşə yazarı qeyd edib ki, Ukraynaya hücumun səbəbləri ilə bağlı birbaşa suala cavab olaraq Putin 862-ci ildən başlayaraq Kiyev Rusunun və Ukraynanın tarixinə dair uzun mühazirə oxuyub.

…Karlson bunun nə üçün vacib olduğunu soruşduqda, Putin Rusiyaya haqlı olaraq məxsus olan torpaqları geri alması ilə bağlı səmimi inancından dolayı işğal etdiyini izah edib.

Mark Çempion qeyd edir ki, yalnız israrlı cəhdlərdən sonra Karlson Putini açıq şəkildə əldə etməyə çalışdığı əsas mesaja qaytara bilib.

Və bundan sonra məlum olub ki, sən demə, Rusiya Qərb təcavüzünün qurbanı olub və başqa ölkəni işğal etməkdən başqa çarəsi qalmayıb.

Bu arada UkraynanınUNIAN” agentliyinin yazdına görə, bu həftə bütün televiziya kanallarından qovulan, Rusiya və Donald Trampa müsbət münasibəti ilə tanınan amerikalı jurnalist Taker Karlson birbaşa Vladimir Putindən müsahibə almaq üçün Moskvaya gəlib.

Təbii ki, bu, Ukraynada və Qərbdə tənqid dalğasına səbəb olub.

Müsahibənin özündə Putin artıq hamıya yaxşı məlum olan çoxlu cəfəngiyyatlar söyləyib. Xüsusilə, o, bir daha Ukraynanın əslində mövcud olmadığını, Rusiyanın bir hissəsi olduğunu deyib. O, iddia edib ki, Ukraynaya genişmiqyaslı işğalla özünün başladığı Donbassda müharibəyə son qoymağa cəhd edib.

…Digər şeylər arasında Putin şəxsi söhbəti zamanı bir dəfə Vladimir Zelenskini necə biabır etdiyini söylədi, çünki atası faşistlərə qarşı vuruşsa da, Zelenskinin “nasistlərə” yaltaqlandığı iddia edilir. Aydındır ki, Zelenski ilə bütün bu epizod tamamilə uydurma idi, çünki Ukrayna prezidentinin atası İkinci Dünya Müharibəsindən sonra anadan olub.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə