Xarici media Sırskinin ləqəbini xatırladıb-“Qəssab”..?

Xarici media Sırskinin ləqəbini xatırladıb-“Qəssab”..?

Ukrayna Silahlı Qüvvələrinin yeni Ali Baş Komandanı Aleksandr Sırski bildirib ki, ordu NATO ölkələrinin silahlarından istifadə də daxil olmaqla, məqsədlərinə çatmaq üçün addımları dəqiq və ardıcıl planlaşdırmalıdır.

SİA RBC-ə istinadən xəbər verir ki, bu barədə ali baş komandan şəxsi Telegram kanalında bildirib.

Sırskinin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri üçün ən böyük dəyər “hərbi heyətin həyatı və sağlamlığı” olaraq qalır.

Eyni zamanda, hərbi rəhbər vurğulayıb ki, cəbhədəki döyüş hissələri uğurlu hücum üçün lazım olan hər şeylə tam təmin edilməlidir.

Xatırlatmaq istərdik ki, aparıcı Amerika və Avropa mediası Sırskinin təyinatına müxtəlif reaksiyalar veriblər.

Məsələn, “The New York Times” və “Financial Times” qəzetləri baş komandirin ləqəbini xatırladıblar – “Qəssab”. Qeyd edək ki, Sırski bu ləqəbi Baxmut yaxınlığındakı ağır və tamamilə uğurlu olmayan döyüşlərdən sonra alıb.

Sonra döyüş meydanındakı qərarları müttəfiqlərin şərhlərinə səbəb oldu - xüsusən də onun taktikası Pentaqonda tənqid olundu.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə