Danimarkalı nazir Rusiyanın hücum təhlükəsi barədə məlumat alıb...
Rusiya 3-5 il ərzində NATO-ya qarşı hərbi təcavüz edə bilər. Üstəlik, söhbət 2024-cü ildə əldə edilmiş məlumatlardan gedir.
SİA-nın əldə etdiyi məlumata görə, bunu bu dəfə Danimarkanın müdafiə naziri Troels Lund Poulsen deyib.
Nazir bildirib ki, yaxın illərdə Rusiyanın hücum ehtimalı var. Moskva silah istehsal imkanlarını xeyli artırıb. …Rusiyanın 3-5 il ərzində 5-ci maddənin və NATO həmrəyliyinin gücünü sınayacağını istisna etmək olmaz. NATO-nun 2023-cü ildə belə bir fərziyyəsi yox idi. Bu, indi məlum olan yeni məlumatlardır.
Qeyd edək ki, danimarkalı nazirin fikirlərinə “Jyllands-Posten” nəşri yer verib.
Onu da qeyd edək ki, nazir Danimarkanın da cavab verməyə hazır olmasının lazım olduğunu vurğulayıb.
Yeri gəlmişkən, NATO son 40 ilin ən böyük hərbi təliminə başlayır. Manevrlər Avropada, o cümlədən Rusiya sərhədləri yaxınlığında baş tutacaq və yazın sonuna qədər davam edəcək. Müxtəlif ölkələrdən 90 minə yaxın hərbi qulluqçu və onlarla hərbi texnika cəlb olunacaq.
Amerika Müharibənin Tədqiqi İnstitutunun analitikləri hesab edirlər ki, Rusiya NATO-nun Sabit Müdafiəçi təlimini təxribat kimi təqdim etmək istəyir. Xüsusilə, Kreml Qərbin manevrlərini Baltikyanı ölkələrini Rusiya Federasiyası ilə müharibəyə təhrik edən kimi təqdim etməyə çalışır.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB