İslandiyada iki ayda üçüncü dəfə püskürən Fagradalsfjall vulkanının lavası bölgədəki isti su borularını sıradan çıxardığı üçün səlahiyyətlilər bölgədə fövqəladə vəziyyət elan edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, İslandiya Mülki Müdafiə və Fövqəladə Hallar İdarəsi dünən verdiyi açıqlamada bölgəyə isti su verən magistral kəmərin üzərindən axan lava nəticəsində dağıldığını və bunun isti su qıtlığına səbəb olduğunu bildirib.
Bölgədə "BlueLagoon" adlanan otel vulkan püskürməsi səbəbindən ehtiyat tədbiri olaraq boşaldılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB