Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) sözçüsü Ceyms Elder, dünyada ən böyük uşaq yerdəyişmə hadisəsinin Sudanda müşahidə edildiyini və qarşıdurmaların baş verdiyi ölkədə 4 milyon uşağın qaçqın vəziyyətinə düşdüyünü bildirib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Elder Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə Ofisinin həftəlik mətbuat konfransında qiymətləndirmələr edib.
Sudanda qarşıdurmaların başladığı 2023-cü ilin aprelindən bu yana vəziyyətin daha da pisləşdiyini ifadə edən Elder bunları deyib: "Dünyanın ən böyük uşaq yerdəyişmə hadisəsi Sudanda görülüb. 4 milyon uşaq evlərindən didərgin düşüb. Bu, hər gün 13 min uşağın evindən didərgin düşməsi deməkdir”.
O vurğulayıb ki, Sudandakı qarşıdurmalara görə heç bir təhlükəsizlik yoxdur və 700 mindən çox uşaq qida çatışmazlığı ilə bağlı ən təhlükəli vəziyyətlə üzləşib.
Sudanda əhalinin 2/3-nin əsas səhiyyə xidmətlərindən istifadə edə bilmədiyini vurğulayan Elder həmçinin bildirib: "O zaman bu, sağlamlıq və qidalanma sistemlərini məhv edən bir müharibədir. Bu, müharibə qanunlarına hörmət anlayışını məhv edən və insanları öldürən bir müharibədir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB