Məlum olduğu kimi, Rusiya prezidenti Vladimir Putin amerikalı jurnalist Taker Karlsona müsahibə verib. Qeyd edək ki, Kreml rəhbərinin cavablarını əks etdirən video artıq Taker Karlsonun saytında və X sosial şəbəkəsində yayımlanıb.
…Rusiya Ukraynaya qarşı müharibə zamanı öz məqsədlərinə nail olmayıb və Kiyevlə danışıqları bərpa etməyə hazırdır.
SİA-nın əldə etdiyi məlumata görə, Putin bunu Karlsona müsahibəsində deyib.
…Biz hələ öz məqsədlərimizə nail olmamışıq, çünki məqsədlərdən biri “denazifikasiya”dır. Bu, bütün “neo-nasist” hərəkatların qadağan edilməsinə aiddir.
Putin bildirib bunu. Onun sözlərinə görə, bu məsələ 2022-ci ilin yazında İstanbulda keçirilən danışıqlarda qaldırılıb və Ukrayna yarı yolda görüşməyə razılaşıb. Lakin sonra saziş imzalamaq mümkün olmadı, çünki Fransa və Almaniya qoşunları Kiyevdən çıxarmaq (?) üçün bunu istədilər və qoşunlar çıxarıldıqdan sonra Ukraynalı danışıqlar bizim bütün razılaşmalarımızı zibil qutusuna atdı.
Xatırladaq ki, 2022-ci ilin payızında Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ilə danışıqları qadağan edən fərman imzalayıb.
Putinin fikrincə, buna ABŞ-ın Kiyevə göstərdiyi təzyiq səbəb olub.
…Onlar səhv qərar verdilər, indi çıxış yolu axtarmalıdırlar. Onlar səhv edib, qoy onu da düzəltsinlər.
Belə başa düşülür ki, Rusiya prezidenti bunu deməklə Kiyevi fərmanı ləğv etməyə çağırıb. O qeyd edib ki, Zelenskinin irəli sürdüyü sülh yolu ilə nizamlanma təkliflərindən xəbərdardır. Lakin o,..bir şeydə razılığa gəlmək üçün dialoq lazım olduğunu vurğulayıb.
…Rusiya heç vaxt Ukrayna ilə danışıqlardan imtina etməyib.
…Necə deyərlər, həmən dalğa, həmən “kordinat”..? Təbii ki, bunu da Putin bildirib.
…Rusiya ilə razılığa gəlmək daha yaxşı deyilmi? Razılığa gəlmək, artıq bu gün yaranan vəziyyəti başa düşmək, Rusiyanın öz maraqları üçün sona qədər mübarizə aparacağını başa düşmək…
…NATO Rusiyanın Ukraynanın işğal olunmuş əraziləri üzərində nəzarətini tanıya bilər. Amma qoyun indi o, bundan sonra nə edəcəyini düşünsün, biz isə dialoqa hazırıq.
…Burada da necə deyərlər, yenə də həmən dalğa, həmən “kordinat”..?
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB