Putin: ”Ukraynada Rusiyanı məğlub etmək mümkün deyil”

Putin: ”Ukraynada Rusiyanı məğlub etmək mümkün deyil”

Rusiya prezidenti Vladimir Putin Qərb liderlərinə istinad edərək, Ukraynada davam edən müharibədə Rusiyanı məğlub etməyin “mümkün olmadığını” bəyan edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Putin müsahibəsində iki ölkəyə hücumun mümkünlüyü ilə bağlı sualı da cavablandırıb.

Moskvada verdiyi müsahibəsində Putin ABŞ, Aİ və NATO-ya səslənərək bəyan edib ki, onlar başa düşməlidirlər ki, Ukrayna ilə müharibədə Qərbin Rusiyanı məğlub etməsi “mümkün deyil: “İndiyədək döyüş meydanında Rusiyaya strateji məğlubiyyətin verilməsi ilə bağlı hay-küylər, qışqırıqlar eşidilirdi. İndi başa düşməyə başlayıblar ki, əgər mümkündürsə belə, buna nail olmaq çox çətindir”.

Türkiyənin vasitəçiliyi ilə Ukrayna ilə Rusiya arasında İstanbulda aparılan sülh danışıqlarına dəfələrlə toxunan Putin, İstanbul danışıqlarında razılaşdırılmış qərarlar həyata keçirilsəydi, müharibənin artıq bitmiş ola biləcəyini, lakin Ukraynanın ümidsizliyə qapıldıqdan sonra geri addım atdığını iddia edib.

Bütün xəbərlər Facebook səhifəmizdə