Rusiyada prezident seçkilərinin yeni nəticələri AÇIQLANDI - YENİLƏNİR

Rusiyada prezident seçkilərinin yeni nəticələri AÇIQLANDI - YENİLƏNİR

Rusiyanın hazırkı dövlət başçısı Vladimir Putin prezident seçkilərində bülletenlərin 95,8 %-nin hesablanmasının nəticələrinə əsasən səslərin 87,32 % ilə liderdir. SİA xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyasının (MSK) saytında dərc olunan xəbərdə deyilir. Siyahıda ikinci yerdə 4,28 faiz səs toplayan Rusiya Federasiyası Kommunist Partiyasının namizədi Nikolay Xaritonov, üçüncü yerdə 3,85 faiz səslə “Yeni insanlar” Partiyasının namizədi Vladislav Davankov qərarlaşıb. Dördüncü yeri 3,15 % səslə RLDP-nin namizədi Leonid Slutski tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə