...Bu arada Adam Kadırov Bİrləmiş Ərəb Əmirliyində SWAT Challenge xüsusi təyinatlılarının yarışında qalib gəldiyinə görə yeni medalla təltif edilib.
Deyilənlərə görə, mükafatlandırma mərasimi Dubayda baş tutub.
Amma deyim ki, burada maraqlı məqam odur ki, Çeçenistan rəhbərinin oğlu bu yarışmada heç iştirak etməyib, lakin mükafatı almaq üçün səhnəyə ilk çıxanlardan olub.
SİA-nın əldə etdiyi məlumata görə, yaşananları “ChTD” Telegram kanalı yayımlayıb.
Və beləliklə, yayımlanan videoda Ramzan Kadırovun 16 yaşlı oğlu praktiki olaraq səhnəyə qaçır, təşkilatçılar onun boynuna qızıl medal taxırlar. ChTD qeyd edir ki, kiçik Kadırov Dubaya birinci yeri tutan “Axmat” komandasına dəstək olmaq üçün gəlib. Belə ki, o, orada atasının “baş mühafizə zabiti” kimi təmsil olunur.
Hə, başlayaq?
Deməli, 2020-ci ilin fevral ayında Adam Kadırov həvəskar boks qaydalarına əsasən “Əfsanələrin vaxtı” turnirində iştirak etdi və burada Uqandalı Mukisa Ukaşa onun rəqibi olmağa razılaşdı. Beləliklə, birinci raundda afrikalı boksçu demək olar ki, hücuma keçməyib, ikinci raundda isə yüngül zərbədən sonra dizi üstə oturub və 10 saniyəyə geri sayım zamanı öz mövqeyinə qalxmayıb, ona görə də Kadırov "nokautla" qələbə qazanıb.
Və ona “Axmat” klubundan "Baş Çempion" yazısı olan kəmər verilib.
Hə, bə bu nədi ki…
...8 aprel 2021-ci ildə 13 yaşlı Kadırov Aslan Bittirova qarşı boks görüşünə çıxıb. İlk iki raundda Aslan Bittirov Adəmi göz açmağa qoymayıb. İkinci raundun başa çatmasına 11 saniyə qalmış Bittirov Adəmə zərbə ardınca zərbə endirərkən hakim qəfildən döyüşü dayandırıb və...yenə geri saymağa başlayıb. Dəsmal təslim olmaq əlaməti olaraq Bittirovun küncündən atılıb və Kadırov texniki nokautla qələbə qazanıb.
Birini də deyim?
Yox, deməyəcəyəm, amma Adəmin Bittirovla döyüşünü şərh edənlər təəccübləniblər və vəziyyəti izah edə bilməyiblər. Yarışın videosu internetə düşəndən sonra isə qalmaqala səbəb olub.
Yenə də belə ki, bir çox “şir ürəyi yemiş” boksçular və idman ictimaiyyətinin nümayəndələri Aslan Bittirov üçün burada 10-a qədər saymağa əsas olmadığını deyiblər.
…Kimə deyirsən, amma yenə də elə həmən vaxt bu dəfə “şir ürəyi yeməyənlər” çeçen mediasına Adamın rəqibinə “heç bir şans buraxmadığını” bildirmişdilər…
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB