Rusiyanın cənubunda və Şimali Qafqazın bütün bölgələrində pensiyanın ölçüsü ölkə üzrə orta səviyyədən aşağı olaraq qalmaqdadır.
Belə ki, ən kiçik sosial ödənişlər Dağıstan, Kabardin-Balkar, İnquşetiya və Qaraçay-Çərkəzdədir. Həmçinin, Şimali Qafqaz Federal Dairəsinin respublikaları əlilliyə, ailə başçısını itirməyə və qocalığa görə pensiyalar baxımından autsayder sayılırlar.
SİA-nın əldə etdiyi məlumata görə, bu, Pensiya və Sosial Sığorta Fondunun 2023-cü il üzrə statistik məlumatında deyilir.
Qeyd edək ki, Rusiya Federasiyasında orta pensiya (bu, bütün növ ödənişlərə aiddir - qocalıq, ailə başçısını itirmə, əlillik və uzun müddətli xidmət) 19 322 rubl (təxminən 200 dollar) təşkil edir.
Dağıstanda bu rəqəm nəzərəçarpacaq dərəcədə aşağıdır - 14 379 rubl, Kabardin-Balkariyada - 14 747, İnquşetiyada - 15 868, Qaraçay-Çərkəzdə - 15 879...
Cənub bölgələri arasında sonrakı yerlərdə Kalmıkiya (16 169 rubl), Çeçenistan (16 575), Şimali Osetiya (16 621) və Adıgey (16 792) gəlirlər.
...Və cənubda ən yüksək pensiyalar Krasnodar diyarında (17 916) və Volqoqrad vilayətindədir (18 291), lakin əslinə baxsan, elə bunlar da Rusiyadakı orta səviyyədən aşağıdır.
Bundan əlavə, 2023-cü ildə əlillik pensiyalarına baxsaq, ölkədə ən kiçik ödənişlər Kabardin-Balkar və Şimali Osetiyada qeydə alınıb - hər biri üçün10 min rubl...
Minimum yaşa görə pensiyalar Kabardin-Balkar və Dağıstanda (hər biri 16 min), ailə başçısını itirdikdə isə İnquşetiyada (5563) və Çeçenistanda (6255) müəyyən edilib.
Yeri gəlmişkən, necə deyərlər, ara vuranlıq olmasın, amma bu gün rusların Ukrayna ilə müharibəsində ən çox itki verənlər də elə bu ərazilərin sakinləridir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB