Stoltenberq Türkiyənin rolunu yüksək qiymətləndirib

Stoltenberq Türkiyənin rolunu yüksək qiymətləndirib

NATO-nun baş katibi Yens Stoltenberq müttəfiqlərin Ukraynaya həm bilavasitə silah və sursat vasitəsilə dəstək verdiyini, həm də öz istehsal gücünü inkişaf etdirməsi üçün dəstək verdiyini ifadə edərək Türkiyənin bu məsələdəki nümunəvi rolundan danışıb.
Yens Stoltenberqin sədrliyi ilə NATO-nun Belçikanın paytaxtı Brüsseldəki mənzil-qərargahında Milli Təhlükəsizlik Müşavirləri formatında Şimali Atlantika Şurasının iclası keçirilib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Türkiyəni prezidentin baş müşaviri, səfir Akif Çağatay Kılıçın təmsil etdiyi görüşdən sonra Yens Stoltenberq mətbuata açıqlama verib.
Müttəfiqlərin 2 ildir Rusiya ilə müharibə aparan Ukraynaya dəstəklərini bir daha təkrarladığını bildirən Yens Stoltenberq Türkiyənin Ukrayna ordusunun modernləşdirilməsindəki rolunu yüksək qiymətləndirib.
Yends Stoltenberq,"...Hesab edirəm ki, pilotsuz uçuş aparatlarının (PUA) bu müharibə ərzində mühüm rol oynadığını xatırlamaq lazımdır. NATO müttəfiqləri də müharibə ərzində dəstək verdilər" -deyə bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə