...Deməli, dünən Kiyevə raket hücumu zamanı Rusiya özünün yeni 3M22 “Tsirkon” hipersəs raketindən istifadə edib. Qeyd edək ki, ukraynalılar tərəfindən vurulan bu raket, Rusiyada hələ ki, rəsmi olaraq qəbul edilməmiş sayılır.
Amma məsələ bundadır ki, vurularaq Dnepr bölgəsinə düşmüş raketin parçalardan birində bu xüsusi raketə uyğun 3M22 işarəsi var.
SİA “Defense Express”-ə istinadən raketin parçalanmasının kifayət qədər güclü olduğunu bildirir. Onu da qeyd edək ki, 3M22 “Tsirkon” hələ ictimaiyyətə nümayiş etdirilmədiyi üçün bu, onun identifikasiyasını, yəni dəqiqləşdirilməsini xeyli çətinləşdirir.
Amma, mütəxəssislərə görə, dünənki dağıntılar rusların 2023-cü il dekabrın 29-da kütləvi raket hücumu zamanı Zaporojyedə istifadə etdiyi daha bir naməlum raketin qalıqlarına uyğun gəlir.
Yeri gəlmişkən, gəmilərdən və sualtı qayıqlardan atılmaq üçün yaradılmış bu raketin daşıyıcıları arasında yalnız “Admiral Qorşkov” freqatı məlumdur. Amma məsələ bundadır ki, raket bu freqatdan atılmayıb. Çünki, “Admiral Qorşkov” Ukraynadan xeyli kənardadır.
Buna görə də, çox güman ki, ruslar onu işə salmaq üçün “Bastion” kompleksindən istifadə ediblər.
Deyim ki, bu Ukrayna tərəfinin ehtimalıdır.
Burada haşiyə çıxaraq qeyd edək ki, açıq mənbə məlumatlarına görə, 3M22 “Tsirkon” havadan nəfəs alma sistemi olan perspektivli gəmi əleyhinə qanadlı raketdir. Raket Moskva vilayətinin Reutov şəhərində hazırlanır. Xatırladaq ki, 2020-ci ilin yanvarında “Tsirkon” raketinin ilk sınağı baş tutub. Belə ki, həmən vaxt “Admiral Qorşkov” freqatından buraxılan raket 500 km məsafədəki sahil hədəfini dəqiqliklə vurmuşdu.
Onu da deyək ki, raketin xüsusiyyətləri ruslar tərəfindən açıqlanmasa da lakin bəzi parametrlər qeyd olunur.
Və beləliklə, raketin atış məsafəsi demək olar ki, 1500 km-ə qədər; uçuş hündürlüyü – 30-40 km; uçuş sürəti isə 8-9 Max-a qədərdir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB