Finlandiya prezidenti Sauli Niinisto fevralın 7-də dövlət başçısı kimi parlamentdə son çıxışını edib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Finlandiyanın “Yle” telekanalı məlumat yayıb.
Niinistyo xatırladıb ki, Rusiya Ukraynaya qarşı təcavüzkar müharibəni davam etdirir.
…Biz Finlandiyada özümüzü narahat hiss etsək də, amma ruslardan qorxmuruq, ayıq-sayıq qalırıq. Bu, onilliklərdir ki, belədir.
Fin prezidentin sözlərinə görə, müharibə Avropanı ayağa qaldırıb və transatlantik əlaqələri gücləndirib.
Niinisto əmin olduğunu bildirib ki, Finlandiyanın təhlükəsizlik modeli tərifə layiqdir.
…Fin modeli sülhün qarantıdır. Avropadakı NATO ölkələri də eyni şəkildə hərəkət etsəydi, birləşmiş qüvvələr çox böyük olardı. Heç kim belə güclü oyunçuya hücum edə bilməz.
Yeri gəlmişkən, Finlandiya prezidenti Rusiya Federasiyası ilə sərhəddəki vəziyyətə də toxunub.
Onun dediyinə görə, Rusiya insanlardan sərhəd təhlükəsizliyini zəiflətmək, vəziyyəti sabitsizləşdirmək və ixtilaf yaratmaq üçün bir vasitə kimi istifadə edir.
Xatırladaq ki, fevralın 11-də Finlandiyada prezident seçkilərinin ikinci turu keçiriləcək və bu tur Niinistionu vəzifədə kimin əvəzləyəcəyini müəyyənləşdirəcək.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB