Almaniya tək Ukraynanın təminatını ödəmək iqtidarında deyil

Almaniya tək Ukraynanın təminatını ödəmək iqtidarında deyil

Almaniya kansleri Olaf Şolz, Almaniyanın tək olaraq Ukrayna Silahlı Qüvvələrinə hərbi yardım göstərəcək qədər imkanı olmadığını deyib.

SİA-nın əldə etdiyi məlumata görə, o, bildirib ki, Ukraynanı təkbaşına dəstəkləmək mümkün deyil.

“Reuters” xəbər verir ki, Şolz bunu ABŞ-a səfəri ərəfəsində deyib.

Onun ​​fikrincə, Almaniya Ukrayna Silahlı Qüvvələrinə yeganə hərbi yardım mənbəyi olaraq qalsa, bu, real təhlükəyə səbəb ola bilər.

Almaniya bunu tək başına edəcək qədər böyük deyil! Fevralın 1-də Avropa Şurasının rəhbəri Çarlz Mişel bildirib ki, Avrop İttifaqı sammitində Ukraynaya 50 milyard avro dəyərində uzunmüddətli büdcə yardımı proqramını təsdiqləyib.

O, əlavə edib ki, bu, həm ABŞ və onun tərəfdaşlarına Brüsselin Kiyevi dəstəklədiyinə bir siqnaldır.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə