İjevsk yaxınlığındakı zavodda güclü partlayış baş verib

İjevsk yaxınlığındakı zavodda güclü partlayış baş verib

Rusiyada İjevsk yaxınlığında yerləşən Votkinsk zavodunda güclü partlayış baş verib. Bundan sonra güclü yanğın olub.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Baza Telegram kanalı məlumat yayıb.

Təbliğat kanalı partlayışın raket mühərriklərinin sınaqları ilə bağlı olduğunu və sınaq meydançasında ildırım vurduğunu yazıb.

Eyni zamanda, Votkinsk zavodunun nümayəndələri yerli Fövqəladə Hallar Nazirliyinə müəyyən sınaqlar barədə məlumat verdilər.

Yerli sakinlər partlayışdan sonra nəhəng yanğının göründüyü videoları dərc edirlər.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə