İtaliyada Azərbaycan Prezidenti seçkiləri ilə əlaqədar səsvermə başa çatıb

İtaliyada Azərbaycan Prezidenti seçkiləri ilə əlaqədar səsvermə başa çatıb

Azərbaycan Prezidenti seçkiləri ilə əlaqədar İtaliyada səsvermə prosesinə yekun vurulub.

SİA xəbər verir ki, İtaliya, Malta və San-Marinodakı vətəndaşlarımız Romadakı səfirliyimizdə yaradılan 39 saylı məntəqədə səsvermədə fəallıq göstəriblər.

Həmvətənlərimizin səs verməsi üçün hər bir şərait yaradılıb, seçicilər iradələrini azad formada ifadə etməklə sərbəst şəkildə səsvermə hüququndan istifadə ediblər.

Tam azad, şəffaf və demokratik qaydada keçən səsvermə zamanı heç bir qanun pozuntusu qeydə alınmayıb, seçki komissiyasına hər hansı şikayət daxil olmayıb.

İtaliya vaxtı ilə saat 19:00-da səsvermə prosesi başa çatıb və məntəqə bağlanıb. Seçki qutusunun açılması və səslərin sayılmasına başlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə