...Rusiya liderı Vladimir Putinin Türkiyəyə səfəri təxirə salınıb. O, yəqin ki, aprelin sonu və ya mayın əvvəlində Ankaraya səfər edəcək.
SİA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Beləliklə, TASS-ın Türkiyədəki diplomatik mənbəsinin məlumatına görə, Putinin fevralın 12-nə planlaşdırılan Ankara səfəri təxirə salınıb.
Qeyd edək ki, bu məsələ ilə bağlı digər təfərrüatlar açıqlanmır.
Təbliğat nəşrinə verdiyi şərhdə Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, o, yuxarıdakı məlumatı təsdiq edə bilməyəcək, çünki “şərtlər hələ ki, elan olunmayıb”.
Bununla yanaşı o, yüksək səviyyəli təmaslara hazırlığın davam etdiyini də bildirib.
...Daha sonra TASS-ın Ankaradakı mənbəsi, Putinin Türkiyəyə səfərinin şərti olaraq aprelin sonu - mayın əvvəlində baş tutacağını bildirib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB