...İsrail Müdafiə Qüvvələri oktyabrın 7-də İsrailə hücum zamanı və ya ondan sonra Fələstinin HƏMAS (?-A.B.) yaraqlıları tərəfindən girov götürülən 31 nəfərin öldüyünü təsdiqləyib.
SİA-nın əldə etdiyi məlumata görə, İsrail hakimiyyəti bundan əvvəl Qəzza zolağında həm israilli, həm də əcnəbidən ibarət 130-dan çox girovun hələ də sağ saxlanıldığını irəli sürmüşdü. Ancaq hazırda 100-dən azının sağ qaldığı ehtimal edilir.
Bu arada “The New York Times” İsrail kəşfiyyatının məxfi sənədinə istinadən ən azı 30 ölü girov haqqında da yazır.
Nəşr iddia edir ki, onlardan bəziləri İsrail ərazisinə hücum zamanı öldürülüb, sonra isə cəsədləri Qəzza zolağına aparılıb. Onların ölümləri o zaman təsdiqlənmədiyindən girovlar siyahısına salınıb.
Qeyd edək ki, Qəzza zolağında hərbi əməliyyatlar zamanı 3 girov İsrail ordusu tərəfindən səhvən öldürülüb.
Nəşr yazır ki, daha azı 20 girovun ölümü ilə bağlı təsdiqlənməmiş məlumatlar qalmaqdadır.
İsrail oktyabrın 7-də HƏMAS tərəfindən ələ keçirilən 50-yə yaxın adamın ölə biləcəyini təxmin edir. Bu rəqəm girovların taleyi ilə bağlı ABŞ və Misir nümayəndələrinin iştirakı ilə aparılan danışıqlarda qeyd edilib.
Bunu isə “Wall Street Journal” yazıb.
...Belə ki, İsrailin bu təxminləri doğrudursa, 80-ə yaxın girov hələ də sağdır və cihadçılar qaçırdıqları onlarla insanın cəsədini saxlayırlar. Ölənlərin heç biri hələ də qaytarılmayıb. Qeyd edək ki, girovların azad edilməsi və ölənlərin cəsədlərinin qaytarılması Qəzza zolağında atəşkəslə bağlı danışıqların şərtidir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB