Gürcüstanın əsas xarici siyasət prioritetləri...

Gürcüstanın əsas xarici siyasət prioritetləri...

Gürcüstanın baş nazirliyinə namizəd İrakli Kobaxidze, Gürcüstanın xarici siyasətinin əsas prioriteti kimi Avropa və Avro-Atlantik strukturlara tam inteqrasiyasını göstərib.

SİA-nın əldə etdiyi məlumata görə, onun sözlərini “İmedi” telekanalı sitat gətirib.

...Namizəd statusunun əldə edilməsi Avropaya inteqrasiya yolunda ən mühüm siyasi akt idi. Məqsədimiz və bu, şübhəsiz ki, doğru olacaq, 2030-cu ilə qədər namizəd ölkələr arasında Avropa Birliyinə üzv dövlət statusunu almaq üçün ən hazırlıqlı olmaqdır.

Bunu deyən Kobaxidzenin sözlərinə görə, Gürcüstan ABŞ və NATO ilə fəal əməkdaşlığı davam etdirəcək.

...NATO ilə fəal əməkdaşlıq da davam edəcək. Namizəd ölkə kimi Gürcüstan fərdi şəkildə hazırlanmış proqram çərçivəsində əsas inteqrasiya vasitələrindən səmərəli istifadə etmək, təlimlərdə iştirak etmək, həmçinin praktiki və siyasi əməkdaşlıq etməkdə davam edir.

Qeyd edək ki, bir müddət bundan əvvəl NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Gürcüstanın 2024-cü ildə Vaşinqtonda keçiriləcək Şimali Atlantika Alyansının sammitinə dəvət ediləcəyini etiraf edib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə