Zaxarova Paşinyanın Rusiya ilə bağlı sözlərinə cavab verib

Zaxarova Paşinyanın Rusiya ilə bağlı sözlərinə cavab verib

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova növbəti brifinq zamanı, Rusiya Federasiyası və Ermənistan müttəfiq olaraq qaldığını bildirib.

Diplomat hazırkı geosiyasi vəziyyətdə İrəvanın bunu nəzərə alacağına ümid etdiyini də diqqətə çatdırıb.

SİA xatırladır ki, bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan, bir sıra səbəblərə görə Rusiyanın müdafiə və hərbi-texniki sahədə İrəvanın əsas tərəfdaşı ola bilməyəcəyini demişdi.

...Ermənistanın baş nazirinin bəyanatı ilə əlaqədar olaraq vurğulamaq istəyirəm ki, ölkələrimiz müttəfiq olaraq qalır. Erməni xalqının maraqları Rusiya ilə mehriban qonşuluq əlaqələrindən ayrılmazdır. Və ümid edirik ki, Ermənistan rəhbərliyi bunu nəzərə alacaq və hazırkı geosiyasi transformasiyalar fonunda düzgün seçim edəcək.

Zaxarova deyib bunu.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə