Rusiya bu dəfə xəbərdarlığı NATO-ya edir...

Rusiya bu dəfə xəbərdarlığı NATO-ya edir...

NATO-nun Nordic Response hərbi təlimləri eskalasiyaya səbəb ola bilər və təbii ki, bu Moskva tərəfindən cavabsız qalmayacaq.

SİA RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

…Norveç hakimiyyətinin son militarist hərəkətləri Avro-Arktika regionunda əlavə gərginliyin artması ilə nəticələnir. Bundan əlavə, onlar faktiki olaraq öz müstəqilliyindən və suverenliyindən könüllü şəkildə imtina edən Norveçin özünün təhlükəsizliyinə xələl gətirirlər.

Bunu Zaxarova bildirib.

Qeyd edək ki, təlimlər bu il martın 4-dən 15-dək Finlandiya, Norveç və İsveçdə keçiriləcək.

…Fevralın 7-də NATO Hərbi Qərargah rəisinin köməkçisi Qunnar Brügner deyib ki, NATO-nun “Sabit Müdafiəçi 2024” təlimi guya alyansın Rusiya Federasiyası ilə mümkün münaqişəyə hazırlığına işarə etmir.

Yeri gəlmişkən, bir müddət bundan əvvəl “RİA Novosti” NATO-nun Qərbin Rusiya ilə döyüşməsinə imkan verməyən bir sıra problemləri barədə, xüsusən də bu problemlərin Britaniya donanmasında, Almaniya və ABŞ-ın quru qoşunlarında müşahidə olunduğunu yazmışdı.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə