Poroşenko Zelenskinin təşəbbüsünü dəstəkləyir, amma…

Poroşenko Zelenskinin təşəbbüsünü dəstəkləyir, amma…

…Hazırkı dövlət başçısı Vladimir Zelenskinin hakimiyyəti bərpa etmək təşəbbüsünü dəstəkləyən, Ukraynanın eks-prezidenti Pyotr Poroşenko, onu özündən başlamağa, yəni ona ilk olaraq özünü və komandasını təmizləməyə çağırış edib.

…Mən Zelenskinin hakimiyyətin yenidən işə salınması təşəbbüsünü dəstəkləmək istərdim. Burada söhbət təkcə Veteranların İşləri üzrə nazir Yuliya Laputinadan getmir. Bu gün Ukraynada bütün dövlət qurumları, ilk növbədə, prezidentin aparatı təmizlənməlidir.

SİA-nın əldə etdiyi məlumata görə, Poroşenko, Nazirlər Kabinetində də dəyişikliklər, o cümlədən onun “texnokratik hökumətlə” əvəzlənməsi və milli birlik hökumətinin formalaşdırılmasının zəruriliyini də bildirib.

Qeyd edək ki, bir müddət bundan əvvəl Ukraynada Zalujninin mümkün istefası ilə bağlı şayiələr müzakirə olunmağa başlayıb. Cəmiyyətdə narazılığa səbəb olan bu söz-söhbətlər fonunda Zelenski Ukraynanın inzibati aparatında kadrların yenilənməsinin zəruriliyini bəyan edib.

Ukrayna mediasının yazdığına görə, Zelenski cəmiyyətdəki etirazlardan qorxaraq ali baş komandanın istefasını hələlik təxirə salır və ölkənin bütün rəhbərliyini yenidən işə salmaqla qeyri-populyar qərarı ört-basdır etməyə çalışır.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə