Zaxarovadan Baltikyanı ölkələrə xəbərdarlıq..?

Zaxarovadan Baltikyanı ölkələrə xəbərdarlıq..?

Rusiya Xarici İşlər Nazirliyi Litva, Latviya və Estoniyanın Moskvada işləyən diplomatik nümayəndələrini çağırıb. Səbəb bu ölkələrin hakimiyyətinin Rusiya Federasiyasında 2024-cü ilin mart ayının ortalarında keçiriləcək prezident “seçkilərinə” qarışmaq tələbi olub.

SİA Dialoq.UA-a istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Baltikyanı ölkələrin diplomatları ilə söhbətindən danışıb.

Zaxarova, Vladimir Putinin növbəti prezidentlik müddətinə yenidən seçilməsi zamanı Rusiya diplomatik departamentlərinin təhlükəsizliyi təmin etmək üçün təkrar müraciətlərinə lazımi cavab verilməməsi ilə bağlı Baltikyanı ölkələrə qarşı iddialar irəli sürüb.

…Biz Latviya, Litva və Estoniya hakimiyyətlərindən səsvermə zamanı seçicilərin, habelə Rusiya səfirliklərinin əməkdaşlarının təhlükəsizliyini təmin etmək üçün bütün lazımi addımları atmağı tələb etdik.

Qeyd edək ki, bunu deyən Zaxarova, Baltikyanı ölkələrin hakimiyyətini təxribatda günahlandırıb və Kremlin seçkilərlə bağlı hər hansı çətinlik çəkəcəyi təqdirdə onları Baltikyanı ölkələrdə yaşayan rusların “ciddi etirazı” ilə hədələyib.

…Biz, Baltikyanı ölkələrin səlahiyyətlilərini belə mövqeyə görə məsul tutaraq qətiyyətlə hərəkət edəcəyik.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü bildirib bunu.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə