Avropa Parlamenti “Ukraynanın qələbə planını” təsdiq etməyi təklif edir
...Avropa İttifaqı Ukraynanı dəstəkləmək üçün kifayət qədər səy göstərmir.
Qurum Rusiyanın Ukraynaya qarşı müharibəsində məğlubiyyətini təmin etmək üçün Kiyevə maliyyə, hərbi və humanitar yardımını artırmalıdır.
SİA-nın əldə etdiyi məlumata görə, “Deutsche Welle” xəbər verir ki, bu barədə bütün nüfuzlu siyasi qrupların üzvləri Avropa Parlamentində debatlar zamanı bildiriblər.
Qeyd olunur ki, parlamentarilər Kiyevə hərbi yardım üçün Avropa İttifaqına üzv olan hər bir ölkənin milli ÜDM-nin dörddə bir hissəsinin ayrılmasını və “Ukrayna üçün qələbə planı”nın qəbul edilməsini təklif ediblər.
Avropa Komissiyasının sədri Ursula fon der Leyenin sözlərinə görə, mart ayında Ukraynaya təhvil verilən 155 mm-lik sursatın miqdarı vəd edilən milyondan 500 minə çatacaq, lakin bu yardım kifayət etmir.
…Biz təkcə sursatların çatdırılmasını sürətləndirməməliyik. Biz gələcəyə baxmalıyıq və Ukraynanın müdafiə qabiliyyətini özümüzünkü hesab etməliyik.
…Bu, təkcə Ukraynanın müdafiə ehtiyaclarını ödəməyə kömək etməyəcək, həm də hərbçilərimiz arasında birgə planlaşdırmaya töhfə verəcək.
Bunu deyən Ursula fon der Leyen, Avropanın bu müharibənin hər günündə və ondan sonrakı hər günündə də Ukraynanın yanında olacağını bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB